Ötən il Gəncədə qeydə alınan yol nəqliyyat hadisələrinin 68 faizi, yəni 44 hadisə piyadaların iştirakı ilə baş verib. Nəticədə 16 nəfər ölüb, 32 nəfər xəsarət alıb. Şəhər Dövlət Yol Polisi Şöbəsi əməkdaşlarının təşkil etdiyi reydlər belə halların azaldılmasına xidmət edir. Piyada və sürücülərin maarifləndirilməsinə xidmət edən reydlər əsasən təhsil ocaqlarının yaxınlığında, hərəkətin intensivliyi müşahidə olunan ərazilərdə aparılır. Piyadalara piyada zolaqları və keçidlərdən istifadə tövsiyyə olunur. Qayadlara əməl etməyənlər isə 20 manat məbləğində cərimə edilir.
Vasif Rüstəmov - baş inspketor: 2017 ci ildə piyadalar tərəfindən 13827 yol hərəkət qayda pozuntusu aşkar olunub. Piyadaların nəzərəinə çatdırmaq istəyirəm ki Gəncə şəhəri ərazisində müəyən olunmuş yerlərdən keçsinlər. Əks halda yol patrul xidməti əməkdaşları tərəfindən onların barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcəkdir.
Natiq Hüseyn
- Baxış: 664