KepezTV Player
Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı üzərində qanunsuz silah gəzdirən şəxs saxlanılıb. Rayonun Mikayıllı kənd sakini Ruslan Məmmədovun yaşadığı kənddən Cəlilabad rayonu istiqamətinə gələrkən şübhəli davranışları polislərin diqqətini cəlb edib. Onun üzərinə baxış keçirilərkən gödəkçəsinin altında bir ədəd “Kalaşnikov” markalı avtomat, 25 ədəd patron və 0.883 qram miqdarında narkotik vasitə olan heroin aşkar olunaraq maddi sübut kimi götürülüb. Faktla bağlı cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb istintaq davam edir.
Zülfiyyə Telmanqızı
- Baxış: 766