Bu günə xəbərlərin oxunma sayı: 666
— 06.10.2026 17:51

İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvarı qəbul edib.Görüşdə iki ölkə arasında fəal əməkdaşlığın qurulduğu və münasibətlərin strateji əhəmiyyəti vurğulanıb. Tərəflər enerji, ticarət, biznes, təhlükəsizlik, müdafiə sənayesi, data mərkəzləri, süni intellekt, kənd təsərrüfatı və təhsil sahələrində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.Lord Anas Sarvar Böyük Britaniyanın Baş naziri Endi Börnhemin məktubunu Prezident İlham Əliyevə təqdim edib. Prezident məktuba görə Baş nazirə təşəkkürünü bildirib.