Bu ilin 9 ayı ərzində Samuxda ümumi məhsul buraxılışının həcmi əvvəlki illə müqayisədə 9,6 faiz artaraq 90,3 milyon manat təşkil edib, 934-ü daimi olmaqla 7407 iş yeri yaradılıb. Yeni iş yerlərindən 60-ı Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 24 layihənin icrasına ayrılan 494 min manat güzəştli kredit hesabına açılıb. Hesabat dövrünün təhlil edildiyi rayon yığıncağında avqust ayında prezident İlham Əliyevin Samuxa səfəri, rayon üçün sosial-iqtisadi əhəmiyyət daşıyan infrastruktur obyektlərinin açılışını etməsi tarixi hadisə kimi dəyər alıb. Rayon mərkəzində Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən 2 uşaq bağçasının istifadə verilməsi, iqtisadiyyatın əsasını təşkil edən aqrar sektorda mühüm irəlləyişlərə nail olunması müsbət hal kimi qiymətləndirilib. Toplantıda qarşıdan gələn qış mövsümündə əhalinin qaz, işıq və su ilə təchizatı məsələsinə də toxunulub. Rayonun 30 yaşayış məntəqəsində əhalini fasiləsiz olaraq təbii qazla, təchiz etmək üçün nəzərdə tutulan tədbirlər tam yekunlaşıb. Bir neçə kənddə 75 güc transformatoru təmir edilib, 600-dən çox dayaq yenilənib. Yığıncaqda rayon icra hakimiyyətinin şöbə müdiri Rövşən Qurbanova ölkə prezidenti tərəfindən layiq görülən dövlət qulluğunda fərqlənməyə görə ordeni təqdim olunub.
Natiq Hüseyn
- Baxış: 484