Bu günə xəbərlərin oxunma sayı: 666
— 19.10.2026 17:37

"Ganja Open 2026" beynəlxalq şahmat festivalına yekun vurulub

Gəncədə “Azərbaycan Şahmat Turu” çərçivəsində keçirilən “Ganja Open 2026” beynəlxalq şahmat festivalı başa çatıb. A turnirində 6,5 xal toplayan Fərid Orucov birinci yeri tutub. Eyni xala malik İslam Hacıəliyev ikinci, FİDE təmsilçisi Pavel Şkapenko isə üçüncü olub. B turnirində 7,5 xalla Natiq Mahmud qalib gəlib. Yusif Abasov və Ümid Ələsgərov ikinci və üçüncü yerləri bölüşüblər.Festival çərçivəsində keçirilən rapid və blits yarışlarında isə Süleyman Süleymanlı birinci yeri tutub. Qeyd edək ki, “Azərbaycan Şahmat Turu”nun növbəti yarışı oktyabrın 20-dən 26-dək keçiriləcək “Shirvan Open” turniri olacaq.