KepezTV Player
Yaşaya biləcəyimiz, yaşanılası bir dünyamız var. Onu da qorumasaq hara gedək. Gərəkdir ki, torpağımızı qoruyaq, suyumuzu qoruyaq, havamızı qoruyaq. “Təmiz hava” aylığı da nəfəsimizin qeydinə qalır. Aylıq çərçivəsində ölkənin dörd bir yanında reydlər keçirilir. Növbəti yoxlamalar Astarada Dövlət Yol Polisi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən aparılıb. Nəqliyyatın sıx olduğu küçələrdə ümumilikdə 20-ə yaxın avtomobilin atmosferə buraxdığı dəm qazı normadan artıq olub. Odur ki, həmin maşınların sükanı arxasında oturanlar inzibati məsuliyyətə cəlb ediliblər.
- Baxış: 520