Hacıqabul rayon Dəmir yolu stansiyasında oğurluq edən şəxslər tutulub. Elə bu rayonun sakinləri olan 1993-cü il təvəllüdlü Cəsarət Abdullayev və 1996-cı il təvəllüdlü Fərid Səmədov əlbir olaraq stansiya xətti üzrə gedən 125 metrlik kabeli oğurlayıblar. Daha sonra oğurladıqları kabeli mis məmulatı adı ilə bazarda satmaq fikrinə düşüblər. Onlar kabeli satan zaman Yevlax Stansiya xətt polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.Hacıqabul şəhər sakinləri Səmədov Fərid Rahil oğlu və Abdullayev Cəsarət Rahil oğlu qabaqcadan əlbir olub qrup təşkil edərək Hacıqabul rayon ərazisindən keçən dəmiryol xəttinin kənarındakı panap xətt kabellərini oğurlayaraq oğurluq cinayət əməllərini törətmişlər. Yaxalanan şəxslər törətdikləri əməli etiraf ediblər.
Yevlax Stansiya xətt polis şöbəsindən bildirilir ki, dəmiryoluna ümumilikdə 1250 manat dəyərində zərər dəyib. Hazırda Cəsarət Abdullayev və Fərid Səmədovun digər cinayət hadisələrində iştirakının olub-olmadığı araşdırılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 547