• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1496
— 30.09.2020 10:01

Vətəni vətən edən qeyrətli oğul

KepezTV Player

Vətən millətin doğulduğu, sığındığı və maddi-mənəvi varlığını davam etdirdiyi yerdir. Vətəni də vətən edən elə onun qeyrətli, şərəfli oğul və qızlarıdır. Bu mənada gündəmə uyğun olaraq sizi belə layiqli övladlardan biri ilə tanış edəcəyik.

Həyatını hərbiyə bağlamaqla xalqa və dövlətə şərəflə xidmət edən Qarabağ azadlığı kimi müqəddəs amal uğrunda ən çətin sınaqlara mərdliklə sinə gərən Elmar Raquf oğlu Bayramov. 31 yaşlı Bayramov yaşadığı Daskəsən rayonunda adı hörmətlə çəkilən, yerli sakinlərin rəğbətini qazanan oğuldur. Zəfərlə başa çatan və böyük qələbənin addım səsi olan Aprel döyüşlərinin iştirakçısı, qazisi, 2-ci qrup Qarabağ əlilidir.

Qəhrəman döyüşçünün sözlərinə görə, uşaq yaşlarından hərbiyə marağı, meyli olub. Orta məktəbi bitirdikdən sonra orsu sıralarına yollanıb və elə ordan da hərb sənətinin sirlərinə yiyələnməyə başlayıb.

Xalqın orduya hər zaman güvəndiyini bildirən Elmar Bayramov son günlərdə gedən döyüşlərin insanlar arasında ruh yüksəkliyi yaratdığını bildirib. O, həmçinin qələbəyə inandığını deyib.

Vətənimiz, Azərbaycanımız üçün Elmar Bayramov kimi igid oğullar böyüdən ata Raquf Bayramov yaşının ahıl dövrünə baxmayaraq özünün də döyüşlərdə iştrak etməyə hazır olduğunu vurğulayıb.

Vətəni sevmək, onu düşmənlərə verməmək və lazım olduğu zaman onun üçün canını vermək müqəddəs bir vəzifədir. Bu, Elmar Bayramovun, sənin, mənim, hamımızın ən ümdə vəzifə borcudur.