• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1695
— 12.01.2016 18:23

Bakının Binəqədi rayonunda ölümlə nəticələnən yol qəzası baş verib

Qəza zamanı hamilə qadın dünyasını dəyişib. Sumqayıtda da yol-nəqliyyat hadisəsi ağır nəticələnib.

Binəqədi rayonunun Xocahəsən qəsəbəsində yüksək sürətlə hərəkətdə olan “Passat” markalı avtomobil yolu keçmək istəyən Həqiqət Məmmədovanı vurub. Zərbənin təsirindən piyada avtomobilin ön şüşəsini qıraraq içəri daxil olub. Hadisədən sonra sürücü piyadanıxəstəxanaya çatdırıb. Lakin hamilə olan Həqiqət Məmmədova çox saylı xəsarətlər aldığından onun həyatını xilas etmək mümkün olmayıb. İlkin ehtimal kimi qəzaya yüksək sürət və yolun qaranlıq olması səbəb olub.

Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində şəhər sakinləri Amid Cəfərovun idarə etdiyi “Mercedes”lə Canlar Hüseynovun 3 saylı xətt üzrə idarə etdiyi “İsuzu” markalı sərnişindaşıyan nəqliyyat vasitəsi toqquşublar.  Nəticədə Amid Cəfərov hadisə yerində ölüb, Canlar Hüseynovun 2 sərnişini isə xəsarət alıb. 
Paytaxtın Qaradağ rayonunda Alim İsgəndərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Mətanət Səmədovanı vurub.Yaralı  xəstəxanaya yerləşdirilib. Faktlarla  əlaqədar araşdırmalar davam etdirilir.

 

İlham Məmmədzadə