Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən bu ildən 6 peşə üzrə ölkənin şəhər, rayon, qəsəbə və kəndlərində fəaliyyət göstərənlər sadələşdirilmiş vergi üzrə aylıq ödənişləri sabit məbləğ ilə verəcəklər. Goranboy və Naftalanın bələdiyyə sədrləri, iş adamları və sahibkarları ilə görüşdə 12 saylı Ərazi Vergilər Departamentinin nümayəndələri bundan irəlin gələn məsələlər barədə məlumat verib, görüş iştirakçılarının suallarını cavablandırıblar. Tədbir iştirakçılarına sadələşdirilmiş vergi üzrə Sabit Məbləğin ödənilməsi ilə bağlı dəyişiklik ətraflı izah edilib. Qüvvəyə minən yeniliyə görə, vətəndaşlar vergi ödəyicisi kimi qeydiyyata durmaları, VÖEN almalı, öz əraziləri üzrə sabit məbləği ödəyərək ərizə ilə vergi orqanlarına müraciət etməli və yaşayış yerinə uyğun olaraq 4 ödəmə növündən birini seçərək fəaliyyətə başlamalıdır.
Rauf Mirzəyev- 12 saylı Ərazi Vergilər Departamentinin idarə direktoru: “1 yanvar 2017-ci il tarixdən mövcud olan vergi borclarının tənzimlənməsi qanununa əsasən vergi borclarının silinməsi istiqamətində də görüləcək işlər barəsində, hansı ödəyicilərə bu qanun şamil olunur barədə bələdiyyələrə və icra nümayəndələrinə məlumatlar verildi. İnanırıq ki, bu kimi görüşlərimiz davamlı olacaq. Vergi ödəyicilərini məlumatlandırılması istiqamətində bələdiyyələrin və icra nümayəndələrinin bizə köməyi, dəstəyi olacaqdır”.
Xaliq Qurbanlı
- Baxış: 440