Bu günə xəbərlərin oxunma sayı: 666
— 06.10.2026 14:13

Alban-Udi xristian dini icmasının üzvləri Ağoğlan monastırını ziyarət ediblər

Alban-Udi xristian dini icması üzvlərinin Laçın rayonunda yerləşən Ağoğlan monastırına səfərləri başlayıb. Qafqaz Albaniyasının mədəni-dini irsini yaşadan Alban-Udi xristian dini icmasının üzvləri rayondakı V-VI əsrlərə aid Ağoğlan monastır kompleksini ziyarət ediblər.Dini icmanın üzvləri Ağoğlan monastırını ziyarət ediblər, dini ayinləri yerinə yetiriblər, şamlar yandırıblar, Azərbaycanda və dünyada daimi sülhün bərqərar olunması üçün dualar ediblər.