Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Prezident İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış ediblər.İlham Əliyev latviyalı həmkarının səfərinin ikitərəfli imkanlar üçün yaxşı fürsətlər yaradacağına əmin olduğunu bildirib.Dövlət başçısı Azərbaycanla Ermənistan arasında artıq de-fakto sülhün olduğunu, hər iki ölkənin liderinin ötən il Ağ Evə dəvət edildiyini, Birgə Bəyannamənin imzalandığını, xarici işlər nazirləri tərəfindən sənədin paraflandığını diqqətə çatdırıb.O vaxtdan bəri bir çox irəliləyiş olub. Ticarət edilir, xüsusilə də Azərbaycandan Ermənistana yanacaq məhsulları ixrac olunmağa başlayıb.Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyətinin, media nümayəndələrinin qarşılıqlı səfərlərinin və görüşlərinin olduğunu diqqətə çatdıran dövlət başçısı bunun normal mühitin bərqərar edilməsinə töhfə verdiyini vurğulayıb. Daha sonra hər iki prezidentin iştirakı ilə Azərbaycan-Latviya sənədlərinin imzalanma mərasimi keçirilib. Tərəflər birgə bəyanat da daxil olmaqla bir sıra sahələr üzrə əməkdaşlıq sənədləri imzalayıblar. Sənədlər daxili işlər, kənd təsərrüfatı, konsulluq xidmətləri, qida təhlükəsizliyi və sərhəd əməkdaşlığını əhatə edir. Dövlət başçısı latviyalı həmkarı ilə təkbətək və geniş tərkibdə görüşdə ikitərəfli gündəliyin müxtəlif aspektlərini müzakirə etdiklərini, eyni zamanda, beynəlxalq məsələləri nəzərdən keçirdiklərini vurğulayıb.
- Baxış: 77
