Bu günə xəbərlərin oxunma sayı: 666
—
21.04.2026 17:43
Təhdid xarakterli paylaşım edən məktəbli saxlanılıb
Aprelin 18-də sosial şəbəkələrdə 87 nömrəli orta məktəblə bağlı təhlükəsizlik təhdidi və müəllimlərə qarşı təhqiramiz paylaşımlar yayılıb.Daxili İşlər Nazirliyi bildirib ki, məsələ dərhal nəzarətə götürülüb və aparılan yoxlamalar nəticəsində iddiaların əsassız olduğu müəyyən edilib.Araşdırmalar zamanı paylaşımı edən şəxsin həmin məktəbin 15 yaşlı şagirdi olduğu üzə çıxıb və o, polis tərəfindən saxlanılıb.Valideynləri polis idarəsinə dəvət olunub, profilaktik söhbətlər aparılıb.
Faktla bağlı materiallar müvafiq komissiyaya göndərilib, araşdırmalar davam edir.
- Baxış: 99
