Bu günə xəbərlərin oxunma sayı: 666
— 07.01.2026 17:44

Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə bir qrup şəxs təltif edilib

Xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə bir qrup şəxs təltif edilib. Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncama görə, Novruzov Cahangir Mütəllib oğlu “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, Aşina Məsud Rüstəm oğlu “Şöhrət” ordeni, Acar Ziya Zakir Musa oğlu “Dostluq” ordeni, 6 nəfər isə “Tərəqqi” medalı ilə təltif olunub.