Bu günə xəbərlərin oxunma sayı: 666
—
06.11.2025 13:58
Prezident İlham Əliyev NATO nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev NATO nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan–NATO əməkdaşlığının inkişafı, regional təhlükəsizlik və sülh prosesi ilə bağlı məsələlər müzakirə olunub. Dövlət başçısı Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırıldığını, Türkiyə ilə sıx hərbi tərəfdaşlığın önəmini qeyd edib. İlham Əliyev Azərbaycan ordusunun müasiriləşdirilməsi prosesinin bundan sonra da davam edəcəyini deyib. Qonaqlar Azərbaycanı sülh gündəliyində əldə olunan nailiyyətlər münasibətilə təbrik edib, ölkəmizin regionda sabitliyə və beynəlxalq təhlükəsizliyə verdiyi töhfələri yüksək qiymətləndiriblər.
- Baxış: 79
