Bu günə xəbərlərin oxunma sayı: 666
— 06.11.2025 17:51

Laçında könüllü qanvermə aksiyası keçirilib

İşğaldan azad olunan ərazilərə "Böyük Qayıdış" Dövlət Proqramı çərçivəsində Laçında könüllü qanvermə aksiyası keçirilib. Hemofiliya və talassemiyadan əziyyət çəkən şəxslərin qanla təminatına yardım məqsədilə təşkil olunan aksiyada Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Laçın Rayon Mərkəzi Xəstəxanasının, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.