Bu günə xəbərlərin oxunma sayı: 666
—
20.10.2025 15:32
Soyğunçuluq edən şəxs saxlanılıb

Paytaxtın Xəzər rayonunun Binə qəsəbəsi ərazisində taksi fəaliyyəti ilə məşğul olan bir şəxsin mobil telefonu və pul vəsaiti tanımadığı şəxs tərəfindən açıq talama yolu ilə ələ keçirilib. Daxili İşlər Nazirliyinin məlumatına görə, əməli törətməkdə şübhəli bilinən paytaxt sakini, 31 yaşlı E.Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
- Baxış: 91