Bu günə xəbərlərin oxunma sayı: 666
—
06.10.2025 15:59
Məhkəmədə Ermənistan silahlı qüvvələrinin Gəncəyə raketlərlə zərbələr endirməsi ilə bağlı sənədlər elan edilib
Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının cinayət işi üzrə məhkəmə prosesi davam edir. İclasda 2020-ci il Vətən müharibəsi zamanı Gəncə şəhərinə raket hücumları ilə bağlı sənədlər elan olunub. Araşdırmalara görə, Ermənistan silahlı qüvvələri oktyabrın 4, 5, 8, 11 və 17-də Gəncəyə “Smerç” və “Elbrus” raketləri ataraq beynəlxalq hüquq normalarını pozub. Hücumlar nəticəsində 26 mülki şəxs həlak olub, 175 nəfər yaralanıb. Proses davam edir.
- Baxış: 91
