
Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində işgüzar səfərdədir. Dövlət başcısı səfər çərçivəsində “Blackstone” şirkətinin prezidenti və baş əməliyyat direktoru Conatan Qrey, Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru Corc Volker və dünyanın alternativ investisiyalar sahəsində ən böyük idarəedici şirkətlərindən biri olan “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru Brüs Flətt ilə görüşüb.
- Baxış: 62