• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 948
— 05.07.2024 19:09

“Heydər Əliyev - Unudulmaz Lider” mövzusunda sərgi

KepezTV Player

Naftalanda “Heydər Əliyev - Unudulmaz Lider” mövzusunda sərgi təşkil olunub. Sərgidə Ulu Öndərin müxtəlif zamanlarda çəkdirdiyi şəxsi və ailə üzvləri ilə bərabər olan xüsusi fotoları xalça üzərində toxunmuş formada nümayiş olunub. Şəhər İcra Hakimiyyətinin “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə ərsəyə gələn foto-xalça sərgi Heydər Əliyev meydanında təşkil olunub. Xalçalar üzərində toxunan əsərlər sərgi iştirakçıları olan yerli sakinlər və turistlər tərəfindən maraqla qarşılanıb. Tədbir iştirakçılarına sərginin mahiyyəti barədə ətraflı məlumat verilib. Təqdim edilən əsərlərdə ümummilli liderlə yanaşı prezident İlham Əliyevin şəkilləri də xalça şəklində toxunub. Sərginin respublikanın bir sıra rayonlarında və ali təhsil müəssisələrində də nümayiş etdirildiyi bildirilib.

Fərid Mehdiyev