• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1542
— 21.06.2024 19:00

781 tələbə məzun adı qazanıb

KepezTV Player

Azərbaycan Texnologiya Universitetində bu il ali məktəbi bitirən bakalavr və magistrlər üçün “Məzun günü” təşkil edilib. Çıxışlarda məzun olan 781 nəfərə ölkəmizə layiqli vətəndaş olmaq, yiyələndikləri ixtisaslar üzrə peşəkar kadr kimi fəaliyyət göstərmək arzulanıb. Universitetin tədris ilində əldə etdiyi nailiyyətlərdən danışılaraq, beynəlxalq konfransların təşkili, xarici ölkələrin ali məktəbləri ilə əməkdaşlığın genişləndirilməsi, müəllim-tələbə mübadiləsi istiqamətində addımların atıldığı xatırladılıb. Məzun günündə universitetin ictimai-siyasi həyatında fəallıq göstərən, təhsildə fərqlənən bir qrup məzuna fəxri fərmanlar təqdim olunub və konsert təşkil edilib. Universitet tələbələrinin ifasında vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib, rəqs qruplarının çıxışları alqışlarla qarşılanıb.

Aişə Rzayeva