• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1025
— 12.06.2024 20:24

21 ailənin məskunlaşması təmin edilib

KepezTV Player

Şuşa şəhərinə növbəti köç reallaşıb. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı bu gün Bakıdan yola salınıb. Bu mərhələdə Şuşa şəhərinə 21 ailə – 85 nəfər köçürülüb. İndiyədək Şuşa şəhərinə 126 ailənin, yəni 491 nəfərin daimi məskunlaşması təmin edilib. Şuşaya köçürülən sakinlərə açarlar təqdim olunub. Mərasimdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İcraçı direktoru Tural Novruzov, Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər. Şuşaya daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzil verilir.