• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1525
— 28.05.2024 20:19

Prezident İlham Əliyev Ağdam və Xocalıya səfər edib

KepezTV Player

Prezident İlham Əliyev Ağdamın Tağıbəyli kəndinin təməlini qoyub. Layihələndirilən ərazisi 255,31 hektar olan kənddə 885 fərdi ev inşa ediləcək. Birinci mərhələdə buraya 108 ailə köçürüləcək.

Təməli qoyulan Güllücə kəndinin ərazisi isə 388,44 hektar olacaq. 1042 fərdi evin inşa ediləcəyi kəndə ilkin mərhələdə 113 ailənin köçürülməsi planlaşdırılır. 

Prezident İlham Əliyev Ağdamın Nəmirli kəndinin təməlini də qoyub. Layihələndirilən ərazisi 211 hektar olan yaşayış məntəqəsində 759 fərdi ev inşa ediləcək. Birinci mərhələdə buraya 179 ailə köçürüləcək.

Bundan başqa, Ağdamın Şotlanlı kəndinin də təməli qoyulub. Şotlanlı və Umudlu kəndlərinin ərazilərini əhatə edəcək yaşayış məntəqəsinin layihələndirilən ərazisi 197,4 hektardır. 750 evin tikiləcəyi kəndə ilkin olaraq 205 ailənin köçürülməsi planlaşdırılır. 

Bu gün həmçinin, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı şəhərində 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar. Kompleks 3,34 hektar ərazini əhatə edir. 80 mənzilin olduğu kompleksdə uşaq oyun meydançaları, idman qurğuları, idman meydançası, söhbətgahlar yaradılıb. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər. Dövlətimizin başçısı Xocalı sakinlərinə mənzillərin açarlarını təqdim edib. Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva sakinlərlə birlikdə Xocalı şəhərini gəziblər, burada görülən işlər və şəhərin Baş planı ilə tanış olublar.

Orxan Cəfərzadə