• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1370
— 01.05.2024 19:25

Ümummili liderin xatirəsi rayon partiya təşkilatının yaranma günündə yad edilib

KepezTV Player

Ümummili lider Heydər Əliyevin anadan olmasının 101-ci və YAP rayon təşkilatının yaradılmasının 29-cu ildönümləri ilə bağlı Goranboyda konfrans keçirilib. Partiyanın qurucusu olan ulu öndərin rayon mərkəzində ucaldılan abidəsini ziyarətlə başlayan tədbirdə Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulması və qorunub saxlanılmasındakı xidmətlərindən söz açılıb. Sovet dönəmində və müstəqillik illərində ölkəyə rəhbərliyinin qazandırdığı nailiyyətlər xatırladılıb. Ümummilli Liderin yaratdığı müasir Azərbaycanın hazırda dünyanın iqtisadi güc mərkəzinə çevirdiyi vurğulanıb. Bunun Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı olan Prezident İlham Əliyevin praqmatik siyasəti nəticəsində mümkünlüyü vurğulanıb. Partiya-lider-xalq birliyidən söz açılan konfransda ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzunun, sülh və sabitlik istiqamətində atdığı addımların əhəmiyyəti önə çəkilib. YAP-ın Azərbaycan xalqının milliyyətindən, dinindən, sosial vəziyyətindən asılı olmayaraq bütün təbəqələrini özündə birləşdirdiyi qeyd edilib. 1995-ci ildə yaradılan Goranboy rayon partiya təşkilatının ötən 29 ildə sıralarında 7712 nəfər üzvü birləşdirdiyi diqqətə çatdırılıb. Tədbirdə Ümummilli Liderin əsrarəngiz və çoxşaxəli fəaliyyətini əks etdirən videoçarx izlənilib. Bir qrup YAP fəalına Fəxri Fərmanlar və hədiyyələr təqdim edilib.

Fərid Mehdiyev