KepezTV Player
Gəncədə yerləşən bazarların birində mübahisə zəminində 1987-ci il təvəllüdlü Araz Məmmədov bıçaqlanıb. Zərərçəkən xəstəxanaya yerləşdirilib. Ona müvafiq tibbi yardım göstərilib. Hadisəni törətməkdə şübhəli bilinən 1979-cu il təvəllüdlü Vüsal Əsgərov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir.
Əfsanə Cəfərova- həkim: “Dünən saat 18:47 radələrində xəstəxananın TTY şöbəsinə Məmmədov Araz Şahoğlan oğlu adlı şəxs müraciət etmişdir. İlkin aparılan müayinələr nəticəsində məlum oldu ki, şəxs bıçaqlanıb. Xəstənin diaqnozu ürəyin deşilmiş-kəsilmiş yarasıdır. Xəstəyə ilkin olaraq TTY göstərilib, əməliyyata alınıb. Xəstə hal-hazırda reanimasiyadadır. Vəziyyəti ağır olaraq dəyərləndirilir”.
- Baxış: 3886