• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1127
— 23.04.2024 17:14

"Oxu Günü"ndə kitab sərgisi

KepezTV Player

Gəncədə Beynəlxalq “Oxu Günü”nə həsr olunmuş kitab sərgisi keçirilib. Kitabın mənəvi və bəşəri dəyər olduğundan, mütaliənin üstünlüklərindən danışılıb. Vətənpərvərlik tərbiyəsinin aşılanmasında kitabların əhəmiyyətindən, bədii əsər qəhrəmanlarının insan həyatına təsirlərindən söz açılıb. Həmçinin cəmiyyətdə bu cür sərgilərin kitaba marağı artırdığı, kitab yarmarkalarının keçirilməsinə hər zaman ehtiyac olduğu vurğulanıb. Sərgidə məktəblilər Azərbaycan və dünya ədəbiyyatına dair klassik və çağdaş nümunələrlə yaxından tanış olub, maraqlı təqdimatlarla çıxış ediblər.

Gülbəniz Bayramova- məktəb direktoru: “Tədbirin əsas məqsədi keçmiş nəsillərlə qədim ədəbiyyatımızla, klassikamızla bugünkü ədəbiyyatımız arasında bir körpü yaratmaqdır. Oxucuların, ümumiyyətlə kitaba meylin, marağın daha da artırılmasıdır. Məktəbimiz də bu tədbirlər çərçivəsində müxtəlif fəaliyyətlər həyata keçirir. Eyni zamanda bu gün həm biz məktəbimizdə sərgi təşkil etmişik, həm də “Oxu Günü” ilə bağlı kitab sərgisi təşkil etmişik. Satışla bağlı endirim kampaniyaları təşkil etmişik”.

Pərvin Abbaszadə