• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1619
— 10.04.2024 15:07

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndidə silah-sursat aşkarlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisindən 11 avtomat silahı, 4 tapança, 1 tüfəng, 11 qumbara, 1 qumbaraatan, 3 mərmi, 14 alışdırıcı, 34 patron darağı, 1580 ədəd müxtəlif çaplı patron, 13 ədəd süngü bıçaq və digər sursatlar götürülüb.