• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1630
— 09.04.2024 18:08

5 kiloqram narkotik vasitə və 1 ədəd “Kalaşnikov” aşkarlanıb

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri Nizami Baxışov, Ramiz Əmrahov və Teymur Qasımov saxlanılıblar. Onlardan 5 kiloqramdan artıq marixuana aşkarlanıb. Bundan əlavə, keçirilən digər tədbir zamanı qanunsuz olaraq silah-sursat əldə edərək saxlayan rayon sakini Ramiz Cəfərov tutulub. Ondan 1 ədəd "Kalaşnikov" avtomatı, 1 ədəd daraq və 29 ədəd patron tapılıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.