• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1123
— 02.04.2024 19:33

Qubadlı və Xankəndidə silah-sursat aşkarlanıb

Polis Qubadlının Məmər kəndi ərazisindən xeyli sayda sursat aşkarlayıb. 7 əl qumbarası, 4 mərmi, 5 minə yaxın patron və digər sursatlar aidiyyəti üzrə təhvil verilib.

Xankəndi şəhəri ərazisindən isə 1 avtomat silahı, 1 pulemyot, 5 qumbara, 2 alışdırıcı, 10 patron darağı, 3589 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.