• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1668
— 02.04.2024 19:04

Tərtərdə üç nəfər minaya düşüb

KepezTV Player

Tərtər rayonunun Çaylı kəndi ərazisində mina partlayıb. Hadisə 1969-cu il təvəllüdlü Polad İsmayılov, 1992-ci il təvəllüdlü Arzuman Tağızadə və 2006-cı il təvəllüdlü Elmir Bağırov keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən baş verib. İsmayılov Polad Alış oğlu Tərtər Rayon Mərkəzi Xəstəxanasına, vəziyyəti nisbətən ağır olan digər 2 şəxs isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır. Vətəndaşlar təhlükəsizlik qaydalarına riayət etməyə, bələd olmadıqları ərazilərə daxil olmamağa və təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırılır.

Vüsal Məmmədov- Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru: “Onlardan 1992-ci il təvəllüdlü -kişi cinsli şəxsə sağ bazu oynağının və boyunun açıq yarası, sağ yuxarı ətrafın və üzün çoxsaylı qəlpə yarası, 2006-cı il təvəllüdlü -kişi cinsli şəxsə hər iki ayağın amputasiyası, sol əlin qəlpə yaraları diaqnozları qoyulub. Xəsarət alanlardan birinin vəziyyəti ağır, digərinin vəziyyəti isə orta-ağır qiymətləndirilir. Hər birinə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir”.

Vüsalə Cənnətova