• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1681
— 31.03.2024 18:41

Türkiyə Prezidenti və xanımı ölkədə keçirilən bələdiyyə seçkilərində səs veriblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan ölkədə keçirilən bələdiyyə seçkilərində səs veriblər. Dövlət başçısı Üsküdar Saffet Çebi orta məktəbində səsvermə hüququndan istifadə edib. Ərdoğan yerli seçkilərin Türkiyə dövləti və xalq üçün yaxşı nəticə verəcəyinə ümidvar olduğunu bildirib. Türkiyədə qarşıdan gələn beş il ərzində xidmət göstərəcək yerli özünüidarə orqanlarına seçkilər keçirilib. Bu seçkilərdə ölkənin otuzu böyük şəhər olmaqla 81 vilayət, 973 rayon və 390 qəsəbəsində bələdiyyə şuralarının başçıları və tərkibi, həmçinin 50 min 336 kənd və məhəllə muxtarı müəyyən edilməlidir. .