Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində vətəndaşlara qarşı dələduzluq etməkdə şübhəli bilinən, 1985-ci il təvəllüdlü Elşən İsmayılov saxlanılıb. Saxlanılan şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsləri aldadaraq onlarla şərikli iş quracağına dair yalan vədlər verib. O, ümumilikdə 15 nəfərin etibarından sui-istifadə edərək 200 min manata yaxın maddi vəsait ələ keçirib. Məhkəmənin qərarı ilə İsmayılov barəsində həbs-qətimkan tədbiri seçilib.
- Baxış: 348