• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1789
— 18.03.2024 16:21

Azərbaycan və Türkiyə xilasediciləri birgə təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq axtarış-xilasetmə Dəstəsinin beynəlxalq humanitar əməliyyatlarda fəaliyyətinin genişləndirilməsi və Beynəlxalq Axtarış-Xilasetmə Məşvərət Qrupu sinifləndirməsinə hazırlanması üzrə tədbirlər davam edir. Bu çərçivədə Türkiyənin Daxili İşlər Nazirliyinin Fəlakət və Təxirəsalınmaz Hallar Departamentinin mütəxəssislərinin iştirakı ilə Bakıda növbəti təlim kursları və məşq keçirilib. Təlimin məşq hissəsində axtarış-xilasetmə əməliyyatları zamanı zədələnmiş tikililərin stabilləşdirilməsi üsullarının tətbiqi ilə bağlı praktiki vərdişlərin aşılanması qarşıya qoyulan əsas məqsədlərdən olub. Sonra təlim üzrə fəaliyyətin təhlili aparılıb, kurslara və məşqə yekun vurulub.