• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1617
— 18.03.2024 16:12

"Azərişıq” 4 kəndin elektrik təsərrüfatını yeniləyib

KepezTV Player

Samux elektrik şəbəkəsinin xidməti ərazisində yerləşən 4 kəndin elektrik təsərrüfatı yenilənib. Rayonun Seyidlər, Qədili, Sarıqamış və Sərkar kəndlərində şəbəkələrin yenidənqurulması və bərpa işləri tam yekunlaşıb. Həmin kəndlərdə köhnə, açıq naqillər müasir tipli özünüdaşıyan izolyasiyalı naqillərlə əvəzlənib. Həmçinin, dayaqlar tamamilə yenilənib. Kəndlərdə yeni sayğaclar, 20 ədəd yeni müasir tipli KTM quraşdırılıb. Hazırda rayonun Alıuşağı kəndində yenidənqurma işləri davam edir. Samux rayonunun və kəndlərinin fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədilə Samux Elektrik şəbəkəsinin xidməti ərazisində istilik yarımstansiyası tam yenidən qurulub istifadəyə verilib. Yenidənqurma işləri nəticəsində ümumilikdə, 4 kənddə 2 min abonent dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunur. 

Azad Mustafayev