Bu gün yel çərşənbəsidir, “boz ay” bu çərşənbəylə təslimiyyatının əsasını qoyur və təbiətin dirçələcəyi günə bizi daha da yaxın edir. Bir zamanlar yalnız sudan ibarət olan həyata od sonradan rəng qatdı, amma həyatın varlığı üçün hava, külək də lazım idi. Təbiət üçün isinən hava, insan üçün nəfəsdir. Yel çərşənbəsində əsən bu yel, isti küləklər bizə elə yazın gəlişindən xəbər verir. Yel çərşənbəsi novruzun gəlişini müjdələyən üçüncü çərşənbədir. Hər bir çərşənbənin adət falları olduğu kimi külək oyadan çərşənbənin də özünəməxsus adət falları vardır. Hər bir evdə bayram süfrələri qurular, milli mətbəximizin yeməkləri süfrəyə düzülər və musiqili bayram günü qeyd olunar. Bayram hazırlıqlarından biri də odur ki, xanımlar evləri təmizlər, pəncərələri açar ki, içəri bahar təravəti gəlsin.
Ürfanə Əzimova
- Baxış: 7807