• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 832
— 18.03.2024 13:30

“Beşiktaş” Qurban Qurbanovla maraqlanır

KepezTV Player

“Qarabağ”ın bu mövsüm Avropa Liqasındakı parlaq çıxışı Avropa klublarının diqqətini çəkib. Türkiyə mətbuatının xəbərinə görə indi də “Beşiktaş” xüsusi fəallığı ilə seçilir. İstanbul təmsilçisinin idman direktoru Samet Aybabanın Ağdam klubundan braziliyalı hücumçu Juninyo və fransalı yarımmüdafiəçi Abdullah Zubir rəhbərliyə təqdim etdiyi oyunçudur. Onun bəyəndiyi digər sima isə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov olub. Azərbaycan çempionunun Bayerlə oyunlarda kompakt oyun sərgilməsi Aybabanı heyran edib. O, uzun müddətdir baş məşqçi seçimində yanılan rəhbərliyə məhz Qurbanovu məsləhət görməyi düşünür.