• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1329
— 18.03.2024 13:27

IX siniflərin buraxılış imtahanının nəticələri yaxın 4 həftə ərzində elan olunacaq

Dünən keçirilən 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələrinin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, hazırda imtahan materiallarının emalı aparılır. Yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən buraxılış imtahanının nəticələrinin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur. Ötən gün imtahanda 46 741 şagirdin iştirakı gözlənilirdi. 1 nəfərdə mobil telefon, 1 nəfərdə isə “ağıllı” saat aşkar edildiyi üçün imtahandan xaric edilib və araşdırma aparılır.