• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1204
— 18.03.2024 08:51

Prezident İlham Əliyevin Yens Stoltenberqlə təkbətək görüşü olub

KepezTV Player

NATO-nun Baş katibi Yens Stoltenberq ölkəmizə rəsmi səfərə gəlib. Azərbaycan Prezidenti İlham Əliyevin NATO-nun Baş katibi Yens Stoltenberq ilə təkbətək görüşü olub.

Prezident Ermənistanla münasibətlərin nizamlanması üçün yaxşı imkanların olduğunu bildirib

Xarici işlər nazirləri və sərhədlərin delimitasiyası ilə bağlı Baş nazirlərin müavinləri arasında keçirilmiş görüşlər məsələnin həlli üçün yaxşı imkanın olduğunu nümayiş etdirir. Bu yaxınlarda qeyd etdiyim kimi, biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberq ilə mətbuata bəyanatında səsləndirib. Dövlət başçısı, həmçinin qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası nəticəsində bu mövzuda nəhayət nəticə əldə ediləcəyinə ümid edir. "Zənnimcə, bu, Cənubi Qafqazda çox ciddi dəyişiklik olacaq. Bu isə o deməkdir ki, burada çoxdandır gözlənilən sülh bərqərar olacaq” - deyə Prezident bildirib. 

 Prezident "Silahlı Qüvvələrimizdə aparılan islahatlar yaxşı nəticələr vermişdir"
Azərbaycan Prezidenti NATO-nun Baş katibi Yens Stoltenberq ilə mətbuata bəyanatında bildirib ki, Silahlı Qüvvələrimizdə aparılan islahatlar yaxşı nəticələr verib. “Biz müdafiə imkanlarımızı müasirləşdiririk və bu gün yüksək səviyyəli peşəkarlıq nümayiş etdiririk”, - deyə dövlətimizin başçısı əlavə edib.

Prezidentin NATO-nun Baş katibi ilə şam yeməyi əsnasında geniş tərkibdə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin NATO-nun Baş katibi Yens Stoltenberq ilə şam yeməyi əsnasında geniş tərkibdə görüşü olub.