• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2022
— 14.03.2024 20:02

Azərbaycanla Bosniya və Herseqovina arasında əməkdaşlıq inkişaf edir

Azərbaycanın Balkan regionu ilə əlaqələri, o cümlədən Bosniya və Herseqovina ilə əməkdaşlığı inkişaf edir. Bu fikir Prezident İlham Əliyevlə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvü Jelka Tsvi-yanoviçlə görüşündə səsləndirilib. Görüşdə əlaqələrin bütün sahələrdə inkişafından məmnunluq ifadə olunub. Ölkələrimiz arasında enerji, investisiyalar, nəqliyyat, logistika, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.