• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1585
— 01.03.2024 20:26

Ana ilə oğlunu öldürməkdə şübhəli bilinən yaxın qohum saxlanılıb

Salyanın Pambıqkənd kəndində 61 yaşlı Rahilə Əliyeva və onun oğlu 32 yaşlı Bəhruz Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Hadisənin bıçaqla Bəhruzun əmisi, 43 yaşlı Ziya Əliyev tərəfindən mübahisə zəminində törədilməsinə şübhələr müəyyən edilib. Ziya Əliyev könüllü olaraq istintaqa təslim olub. Faktla bağlı cinayət işi açılıb.