Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 5 mart - Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar məktəblilər arasında maraqlı idman oyunları keçirilib. 28 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdlərinin iştirak etdiyi yarışda "Bənövşə oyunu" uşaqlar tərəfindən maraqla qarşılanıb. Daha sonra məktəblilərin iştirakı ilə idman və sağlamlıq barədə suallardan ibarət viktorina keçirilib. Tədbirdə fəal iştirak edən şagirdlər Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılıblar.
Vüqar Xəlilov- Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin sektor müdiri: “Məqsədimiz uşaqlar arsında İdman Gününü təbliğ etməkdir. Bildiyimiz kimi, 5 mart - Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bunun haqqında məlumat verdik, idman sahəsində olan suallar ünvanladıq, idmanın təbliğini apardıq”.
- Baxış: 192