• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 775
— 01.03.2024 11:55

“Kəpəz” Sumqayıt səfərində

Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura start veriləcək. Günün yeganə matçı Sumqayıtda baş tutacaq. Saat 19-da “Sumqayıt” öz meydanında “Kəpəz”i qəbul edəcək. 2-ci pillədə qərarlaşan meydan sahibləri son oyunda “Qarabağ”a uduzublar. Autsayderlər qrupunda qərarlaşan “Kəpəz” isə “Qəbələ”ni məğlub edib. Martın 2-də  “Zirə” – “Turan Tovuz”, “Sabah” – “Araz-Naxçıvan”, 3-də isə “Qəbələ” – “Səbail” və “Neftçi” – “Qarabağ” görüşləri keçiriləcək.