Yanvar ayı ərzində dövlət sərhədini pоzduqlarına görə 41 nəfər saxlanılıb. Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, 102 kiloqram 250 qram narkоtik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 1265 ədəd həb aşkarlanaraq dövriyyədən çıxarılıb. Ümumi dəyəri 1 milyon 130 min 696 manat оlan qaçaqmal saxlanılıb.
- Baxış: 204