KepezTV Player
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxslərlə bağlı profilaktiki tədbir keçirib. Ümumilikdə 20 nəfər saxlanılaraq ərazi üzrə Polis Şöbəsinə gətirilib. Onlarla profilaktiki söhbətlər aparılaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndəriliblər. Cari ilin fevral ayında keçirilən tədbirlər nəticəsində ümumilikdə 100-ə yaxın tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olan şəxs barəsində qanunamüvafiq tədbir görülüb.
- Baxış: 163