KepezTV Player
Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən Gəncə şəhəri, Totanlı küçəsində fəaliyyət göstərən avtokranda plan üzrə yoxlama aparılıb. Avtokranın istismar müddətinin bitdiyi müəyyənləşdirilib. Göstərilən halın insan həyatı və sağlamlığı üçün təhlükəsi nəzərə alınaraq, inzibati akt tərtib edilməklə avtokranın fəaliyyəti dayandırılıb.
- Baxış: 151