• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1284
— 27.02.2024 10:37

Su çərşənbəsi

Qızlar, su çərşənbəniz mübarək! Qızlar, nənəyə təzə su aparmaq yadınızdan çıxmasın ha! Yox, çıxmaz. Anam tapşırıb, bilirəm. Xəstə adama su çərşənbəsi təzə su aparsan tez sağalar. Nənəm deyir ki, axşam vaxtı təzə sudan güzgüyə çiləyirsən, sonra diqqətlə baxırsan, güzgüdə kim çıxsa o, sənin öz qismətindir. Onunla da evlənərsən.

Su çərşənbəsi ilaxır çərşənbələr arasında birincidir. Ona el arasında “Əzəl çərşənbə” və yaxud da ki “sular Novruzu” da deyirlər. Qızlar səhər, sübh tezdən bulaq başına gedər. Axar suda əllərini, üzlərini yuyar, bir-birlərinə su çiləyərdilər. Bəziləri də axar suyun üstündən tullanardı. İnanca görə, həmin qızlar il boyu xəstələnməzdilər.

Su çərşənbəsi adətlərindən biri də həmin gecə gördüyün yuxunu axar suya danışmaqdır. Əgər yuxu qorxuludursa, axar su onun dərdini-sərini aparar. Yox, əgər yuxu şirindirsə, o bir ilin ərzində həyata keçəcək. Adətlərdən biri də o idi ki, qızlar saç tellərini qoparıb axar suya buraxardılar ki, arzuları tezliklə həyata keçsin.

Leyla Əliyeva

 

ƏTRAFLI...