• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1607
— 25.02.2024 20:53

Milli DÇ-2027-nin seçmə mərhələsində ilk qələbəsini qazanıb

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi Dünya Çempionatı-2027-nin seçmə mərhələsində ilk qələbəsini qazanıb. Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv Avropa zonası üzrə A qrupunun II turunda Kosovonu üstələyib. “Sərhədçi” Olimpiya İdman Mərkəzində baş tutan qarşılaşmada yığmamız 87:77 hesablı qələbə qazanıb. Komandamız son periodda rəqibi üstələməyi bacarıb. Belə ki, əvvəlki hissələr başa-baş mübarizə şəraitində keçib. İlk turda səfərdə İsveçrəyə məğlub olan Azərbaycan millisi turnirdə növbəti oyununu noyabrda keçirəcək. Basketbolçularımız İrlandiyanın qonağı olacaqlar.