• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 975
— 25.02.2024 20:49

“Qarabağ” UEFA reytinqində irəliləyib

Klubların UEFA reytinqi açıqlanıb. Ötən həftə cədvəldə 59-60-cı yerləri bölüşdürən “Qarabağ” siyahıda irəliləyib. Hazırda Ağdam təmsilçisi 32,000 xalla 56-58-ci yerləri bölüşür. Klub “Fənərbağça” və “Seltik”lə eyni xala malikdir. Əlavə göstəricilərə görə, Qlazqo təmsilçisini qabaqlayan “Qarabağ” 57-cidir. Avropa Liqasının pley-off mərhələsində “Braqa”nı mübarizədən kənarlaşdıran Qurban Qurbanovun yetirmələri hesabına 1 xal əlavə edib. Bu bonus xalı nəticəsində cari mövsüm qazanılan əmsal 10-a çatıb. Son mövsümün nəticələrinə əsasən hesablanan reytinq xalı 32,000-a yüksəlib. Bununla “köhlən atlar” “Fiorentina” və “Qalatasaray”ı geridə qoyub.