• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1284
— 16.02.2024 09:50

"Qarabağ" səfər oyununda inamlı qələbə qazanıb

KepezTV Player

UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində "Qarabağ" səfərdə "Braqa"nın qonağı olub. Oyunda hesab 21-ci dəqiqədə açılıb. Ağdam təmsilçisinin heyətində Marko Yankoviç penaltini dəqiq yerinə yetirib. Meydan sahibləri 44-cü dəqiqədə tarazlığı bərpa ediblər. Komandanın heyətində Simon Banza fərqlənib. İkinci hissənin əvvəlində "Qarabağ" yenidən hesabda önə keçib. 54-cü dəqiqədə Abdullah Zubir adını tabloya yazdırıb. 65-ci dəqiqədə qonaqlar hesab arasındakı fərqi iki topa çatdırıblar. "Köhlən atlar"ın heyətində əsas qol silahı Olavio Juninyo fərqlənib. 69-cu dəqiqədə hesab arasındakı fərq daha da artıb. Abdullah Zubir özünün ikinci, "köhlən atlar"ın dördüncü qoluna imza atıb. 90+1-ci dəqiqədə meydan sahiblərinin heyətində Joau Moutinyu penaltidən fərqlənməklə yekun nəticəni təyin edib - 2:4. Tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.