• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1374
— 05.03.2019 15:23

Gəncə Avropa İdman Şəhəri layihəsinin təntənəli açılış mərasimi keçirilib

KepezTV Player

5 mart Azərbaycanda bədən tərbiyəsi və idman günü kimi qeyd olunur. Bu ilki bayram Gəncə üçün ikiqat əlamatdar olub.

Avropanın Gənclər Paytaxtı və MDB-nin Mədəniyyət paytaxtı adından sonra Gəncə daha bir beynəlxalq layihəyə ev sahibliyi edir. Söhbət 2019-cu il üçün Gəncənin Avropanın İdman Şəhəri titulu almasından gedir.

Elə martın 5-də - Bədən Tərbiyəsi və İdman Günündə Nizami yurdunda “Gəncə - 2019-cu ilin Avropa İdman Şəhəri” layihəsinin təntənəli açılış mərasimi keçirilib. Ənənəvi olaraq hər il məhz bu günlə bağlı Bakıda keçirilən tədbir də ilk dəfə paytaxtdan kənarda baş tutub. Heydər Əliyev Park Kompleksində keçirilən mərasimdə Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının rəsmi nümayəndələri, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə,  Gəncə şəhər rəhbərliyi, eləcə də ölkəmizin tanınmış idmançıları, məşqçiləri, yerli və xarici qonaqlar iştirak ediblər.

Tədbirdə Gəncənin Avropanın İdman Şəhəri tituluna namizədliyinin verilməsi və Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası tərəfindən bu titulun təsdiq edilməsinin şəhərin idman tarixində ən böyük uğurlarından biri kimi dəyərləndirilib. Xatırladaq ki, ötən ilin il mayın 16-da Gəncə şəhəri 2019-cu ilin Avropa İdman Şəhəri elan edilib. Gəncə Avropanın İdman Şəhəri titulunu Müstəqil Dövlətlər Birliyi ölkələri arasında bu titulu qazanan ilk şəhər olub.

Tədbirdə həmçinin, Gəncənin çoxəsrlik tarixini, müasir inkişafını və idman uğurlarını özündə əks etdirən, həmçinin xüsusi olaraq layihənin açılış mərasimi üçün hazırlanan “Karvan” filminin təqdimatı olub.

Açılış mərasimi ayrı-ayrı idman növləri ilə məşğul olan idmançıların nümunəvi çıxışları davam edib.

Azad Rəfi